Aşağı liqa klubları da cəzalandı

17:47 - 4 Mart 2021

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, toplantıda I Divizionun XV turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib.

 

“Keşlə-2” – “Zaqatala” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

 

“Turan Tovuz” – “Kəpəz” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.

 

“Neftçi-2” – “Qaradağ Lökbatan” oyununda"ağ-qaralar"ın 87 nömrəli futbolçusu Nazim Məmmədzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib.

 

“Neftçi-2”nin 65 nömrəli futbolçusu Əmrah Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib.

 

“Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Xəbər xətti