Millinin rəqibinin heyəti açıqlandı - SİYAHI

16:01 - 5 Mart 2021

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Serbiya yığmasının heyəti açıqlanıb.

Sportal.az xəbər verir ki, baş məşqçi Draqan Stoykoviç 30 futbolçuya dəvət göndərib. "İnter"in müdafiəçisi Aleksandar Kolarov, "Kristal Pelas"ın yarımmüdafiəçisi Luka Milivoyeviç, "Beşiktaş"ın yarımmüdafiəçisi Adem Lyayiç, "Napoli"nin müdafiəçisi Nikola Maksimoviç və "Mançester Yunayted"in yarımmüdafiəçisi Nemanya Matiçə dəvət göndərməyib.

Qapıçılar: Predraq Raykoviç ("Renn", Fransa), Marko Dmitroviç ("Eybar", İspaniya), Borçe Nikoliç ("Bazel", İsveçrə)
Müdafiəçilər: Stefan Mitroviç ("Strazburq", Fransa), Nikola Milenkoviç ("Fiorentina", İtaliya), Uroş Spayiç ("Feyenor", Niderland), Miloş Velkoviç ("Verder", Almaniya), Straxinya Pavloviç ("Serkl", Belçika), Marko Petkoviç (TSC), Milan Qayiç “Srvena Zvezda”, Filip Mladenoviç ("Legiya", Polşa)
Yarımmüdafiəçilər: Mixailo Ristiç ("Monpelye", Fransa), Saşa Lukiç ("Torino", İtaliya), Uroş Raçiç ("Valensiya"), Nemanya Maksimoviç ("Xetafe", İspaniya), Nemanya Qudel ("Sevilya", İspaniya), Nemanya Radonyiç ("Herta", Almaniya), Duşan Tadiç ("Ayaks", Niderland), Nenad Krstiçiç (AEK, Yunanıstan), Sergey Milinkoviç-Saviç ("Latsio", İtaliya), Filip Curiçiç ("Sassuolo", İtaliya), Darko Lazoviç ("Verona", İtaliya), Marko Qruyiç ("Portu", Portuqaliya), İvan İliç ("Verona", İtaliya), Andriya Jivkoviç (PAOK, Yunanıstan), Filip Kostiç ("Ayntraxt" Frankfurt, Almaniya)
Hücumçular: Aleksandar Mitroviç ("Fulhem", İngiltərə), Luka Yoviç ("Real", İspaniya), Duşan Vlahoviç ("Fiorentina", İtaliya), Corce Despotoviç ("Rubin", Rusiya)

Serbiya millisi martın 24-də İrlandiyanı, 27-də Portuqaliyanı qəbul edəcək, 30-da isə Bakıda millimizin qonağı olacaq. 

Xəbər xətti