Məmmədəli Mehdiyev bürünc medal qazandı

17:02 - 7 Mart 2021

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində daha bir cüdoçumuz bürünc medala sahib olub.

 

Sportal.az xəbər verir ki, turnirin son günündə Məmmədəli Mehdiyev (90 kq) üçüncü yer uğrunda görüşdə Özbəkistan təmsilçisi Şərməhəmməd Jandreyevi məğlub edib.

 

Bununla da hazırda komandamızın hesabında 2 bürünc medal var. Ötən gün Rüstəm Orucov (73 kiloqram) da millimizin aktivinə bürünc medal yazdırıb.

Xəbər xətti