Avropa Liqasında finalçılar müəyyənləşdi

Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, “Mançester Yunayted” ilk oyunda 6:2 hesabı ilə qalib gəldiyi “Roma”nın qonağı olub. Meydan sahibləri bu görüşdə 3:2 hesabı ilə qalib gəlib. Ancaq iki oyunun nəticəsinə əsasən, "Mançester Yunayted" finala adlayıb.

 

Yarımfinalın digər görüşü İngiltərədə keçirilib. “Arsenal” ilk oyunda 1:2 hesabı ilə uduzduğu “Vilyarreal”ı qəbul edib. Qarşılaşmada hesab açılmayıb və bu nəticə qonaqları finala yüksəldib.

 

Beləliklə, finalda "Mançester Yunayted" və "Vilyarreal" klubları qarşılaşacaqlar. Görüş mayın 26-da Polşanın Qdanska şəhərində baş tutacaq. 

 

Avropa Liqası, yarımfinal mərhələsi, cavab oyunları

6 may

23:00 "Arsenal" (İngiltərə) – "Vilyarreal" (İspaniya) - 0:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 1:2

 

23:00 "Roma" (İtaliya) – "Mançester Yunayted" (İngiltərə) - 3:2

Qollar: Edin Ceko, 57, Brayan Kristante, 60, Nikola Zalevski, 83 - Edinson Kavani, 39, 68
Baş hakim: Feliks Brix (Almaniya)
İlk oyun – 2:6.

Tarix: 7 May [01:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio