"Mahir Emreli çempionatın bombardiri olacaq"

13:13 - 24 İyul 2021

Polşanın "Meczyki.pl" saytı Ekstraklasanın yeni mövsümündə "Legiya"nın futbolçusu Mahir Emrelidən olan gözləntilər barədə yazıb.

 

Sportal.az xəbər verir ki, polşalı həmkarlarımız milli üzvünün asanlıqla 20-dən çox qol vuracağını ehtimal edir:

 

"Ən yaxşı bombardir Mahir Emreli olacaq - liqamızın yeni möhtəşəm oyunçusu. O artıq avrokuboklarda parlamağa başlayıb, liqada da buna davam edəcək. "Legiya"da topu ona çatdıracaq futbolçular var. Beləliklə, Mahir asanlıqla 20 qol vura biləcək".

 

Emreli "Legiya"da keçirdiyi rəsmi matçlarda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti