"Sabah" Gürcüstan klubuna penaltilərlə uduzdu

İyulun 15-dən Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan “Sabah” bu gün toplanış çərçivəsində son oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv yerli “Saburtalo” klubuyla qarşılaşıb.

 

Görüş Azərbaycanın mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunub. “Zestafoni” təlim-məşq bazasının stadionunda keçirilən oyunun əsas vaxtı 1:1 hesabıyla bitib. Qarşılaşmanın ilk yarısında rəqib hesabı açsa da, 74-cü dəqiqədə Veysəl Rzayev “Sabah”ı məğlubiyyətdən xilas edib. 90 dəqiqə heç-heçə bitdiyi üçün qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Saburtalo” 4:2 üstün olub. Oyundan sonra qalib komandaya xatirə kuboku təqdim edilib.

 

“Sabah” Tbilisi toplanışı çərçivəsində “Şukura” (1:0), “Samqurali” (0:1) və “Telavi” (1:3) klublarıyla qarşılaşıb.

 

Yoxlama oyunu

28 iyul

Sabah – Saburtalo 1:1 (penaltilər 2:4)

Tarix: 28 İyul [21:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio