"Bavariya"dan "Real" və "Çelsi"yə Levandovski cavabı

15:48 - 29 İyul 2021

Almaniyanın "Bavariya" klubunun hücumçusu Robert Levandovski ilə bağlı transfer iddiaları davam edir.

 

Sportal.az xəbər verir ki, adı "Real" və "Çeli" ilə hallanan polşalı qolçunun gələcək karyerası maraqla gözlənilir. Bundesliqa təmsilçisindən 33 yaşlı futbolçu ilə bağlı açıqlama gəlib. Münhen klubunun prezidenti Hertbert Hayner təcrübəli forvardla bağlı "Robert Levandovski 100 faiz komandada qalacaq" ifadələrini işlədib.

 

Qeyd edək ki, Levandovski "Bavariya"ya 2-14-cü ildə Dortmund "Borussiya"sından transfer olunub. O, münhenlilərin heyətində meydana çıxdığı 219 qarşılaşmada 203 qol vurub.

Xəbər xətti