Toki0-2020: Karateçimiz qrupda qaldı

12:07 - 5 Avqust 2021

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio-2020-də çıxışını başa vurub.

 

Sportal.az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı A qrupunda ilk döyüşündə Türkiyə təmsilçisi Eray Şamdana 1:7 hesabı ilə uduzub.

 

İkinci döyüşündə isə Naoto Saqoya (Yaponiya) qalib gələn (1:0) Firdovsi qrupdakı 3-cü görüşündə Qazaxıstan təmsilçisi Darxan Assadılov 2:6 hesabı ilə yenilib. Beləliklə, o, Tokio-2020-də medal qazanmaq şansını itirib.

 

Fərzəliyev qrupda 4-cü və son görüşündə Əli El - Savi ilə (Misir) üz-üzə gəlib. Bu döyüş formal xarakter daşıyıb. Karateçimiz El - Savi ilə qarşılaşmada da məğlub olub - 0:1. Beləliklə, Fərzəliyev A qrupundakı mübarizəsini 1 qələbə, 3 məğlubiyyətlə başa vurub və 2 xalla qrupdan çıxa bilməyib.

Xəbər xətti