"Neftçi"nin rəqibindən iki transfer

“Neftçi”nin Avropa Liqasının 3-cü mərhələsindəki rəqibi HİK klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Finlandiya təmsilçisi Polşanın “Poqon” klubundan Santeri Hostikkanı transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2022-ci ilin dekabrına qədər nəzərdə tutulub.

 

HİK "Olimpik"in (Donetsk) hücumçusu Taddeus Nkengi də transfer edib. Onunla 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Neftçi"nin HİK-lə Bakıda keçirdiyi oyun 2:2 hesablı bərabərliklə başa çatıb. Cavab oyunu avqustun 12-si Helsinkidə olacaq.

Tarix: 5 Avqust [17:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio