"Türkləri susdurduq" - Vircil van Deyk

DÇ-2022-nin seçmə mərhələsinin G qrupunda Türkiyəni 6:1 hesabı ilə məğlub edən Niderland millisinin kapitanı Vircil van Deyk açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "Liverpul"un müdafiəçisi qələbəni şərh edib:

 

"Erkən qol işimizə yaradı. Əla oyun keçirdik. Çətin matç keçəcəyini düşünürdük, ancaq qarşılaşmaya yaxşı başlamağımız parlaq qələbəmizin təməli oldu. Bununla da türk azarkeşləri susdurduq. Qələbədə azarkeşlərimizin də payı oldu. Topu özümüzdə saxlayacağımız halda, rəqibdə problem yaranacağını təxmin etmişdim. Topu itirəndə dərhal qazanmaq üçün mübarizə aparırdıq və bu da bizə kömək oldu. İndi klublara dönəcəyik və ümid edirəm ki, milliyə yaxşı formada qayıdacağıq".

Tarix: 8 Sentyabr [19:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Yanvar 2022
17  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio