Mövsümün açılış oyununda topa ilk zərbəni qazilər vurdu

17:58 - 14 Sentyabr 2021

Futbol üzrə Azərbaycan I Divizionunda yeni mövsümə start verilib.

 

Sportal.az xəbər verir ki, mövsümün açılış oyunu Gəncədə baş tutub. "Kəpəz"lə "Qəbələ-2" arasında baş tutan matçdan öncə anlamlı jest edilib. Belə ki, topa ilk zərbəni qazilər vurub.

 

Vətən Müharibəsi iştirakçıları - "Kəpəz"in sabiq futbolçusu Talib Bayramov və azarkeş Sərxan Yolçuyev ilə Tural Xanəliyev tamaşaçıların alqışları ilə meydanın mərkəzində topa ilk toxunuşu ediblər.

Xəbər xətti