Rusiya - Azərbaycan matçının hakimləri açıqlandı

Qadınlardan ibarət Azərbaycan millisinin Rusiyaya qarşı keçirəcəyi DÇ-2023-ün seçmə mərhələ oyunnun hakimləri açıqlanıb.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı latviyalı hakimlər idarə edəcək.

Oyunun baş hakimi Viola Raudzinaya yan xətt hakimləri Liqa Didrike və Diana Vanaqa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Yelena Yermolayeva yerinə yetirəcək.

Sentyabrın 17-də Moskvada keçiriləcək Rusiya – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Tarix: 15 Sentyabr [20:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2021
19  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio