Azərbaycan yığmasının sabiq futbolçuları qələbəyə sevindi - VİDEO

11:15 - 16 Sentyabr 2021

Rusiya 1-ci divizionun 11-ci turunun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, aşağı yaş qruplarından ibarət yığmalarımızda oynamış Kamran Əliyev və David Qarayevin formasını geyindiyi "SKA-Xabarovsk" da növbəti matçına çıxıb.

"Tekstilşik"lə səfərdə qarşılaşan yığmamızın sabiq futbolçularının komandası 3:0 qalib gəlib.

Start heyətində meydana çıxan Kamran 76-cı dəqiqədə əvəzlənib. David Qarayev isə 27-ci və 59-cu dəqiqədə vurduğu qollarla komandasının qələbəsində pay sahibi olub.

Hazırda "SKA-Xabarovsk” 11 turdan sonra 20 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti