Polşa mətbuatı: "Mahirin günü deyildi"

11:58 - 22 Sentyabr 2021

Polşada “Legiya” azarkeşləri Ekstraklassın 8-ci turunun “Qurnik”ə (3:1) qarşı keçirilən oyunda komandanın ən yaxşılarını seçib.

Sportal.az xəbər verir ki, fanatlar millimizin hücumçusu Mahir Emreliyə də yüksək xal verib - 6,97.

Legia.net isə Emreli barədə bu cür yazıb: “Fasilədə o, Pekhartı əvəzlədi. İkinci hissənin əvvəlində meydanda güclü mübarizə apardı. Bir dəfə top qazandı, 1 dəfə də itirdi. Mahir “Qurnik”in hansı tərəflərindən istifadə edə biləcəyini dərhal sezdi. Yaxşı mövqe seçmişdi, amma nadir hallarda ötürmə alırdı.

51-ci dəqiqədə topa irəliləsə də, rəqib müdafiəçisi onu saxladı. 10 dəqiqə sonra da təhlükəli ola bilərdi. Bəzən topu həddən artıq saxlayırdı, bəzən yaxşı qəbul etmirdi, bəzən isə qeyri-dəqiq olurdu. Sanki Mahirin günü deyildi. Amma 79-cu dəqiqədə Baranovskidən topu alıb, o qədər də yaxşı olmayan zərbə vurdu. "Qurnik” qapıçısının da yaxşı günü deyildi və o, topu qaytara bilmədi. Beləliklə, Emreli liqada ilk qolunu vurdu. Əlavə olunmuş dəqiqələrdə Mahir zərbə vurdu. Sadəcə qapıçı asanlıqla zərbəni zərərsizləşdirdi”.

Xəbər xətti