"Qəbələ"də ciddi itkilər - əməliyyat olunacaqlar

21:45 - 22 Sentyabr 2021

“Qəbələ”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqanın IV turunun “Səbail”lə ev qarşılaşmasında (5:0) zədələndiyi üçün əvəzlənən Yaovi Akakpo müayinədən keçib. Toqolu yarımmüdafiəçinin zədəsinin ağır olduğu aşkarlanıb. Ön çarpaz bağları qırılan futbolçu yaxın günlərdə əməliyyat olunacaq. Akakponun bərpa müddəti və meydana qayıdacağı əməliyyatdan sonra dəqiqləşəcək. İlkin ehtimallara görə Yaovi ən azı 6 aydan sonra meydanlara dönə biləcək.

 

Eyni problem üzündən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sentyabrdakı seçmə oyunlarını və Premyer Liqanın son iki turunu buraxan Rüfət Əhmədov da cərrahi müdaxilə zərurəti yaranıb. 19 yaşlı müdafiəçi yaxın müddətdə Almaniyada əməliyyat olunacaq. Milli üzvünün müalicəsinin xərclərini AFFA öz üzərinə götürüb.

Xəbər xətti