"Qarabağ"ın rəqibinin 2 futbolçusu koronavirusa yoluxdu

17:28 - 24 Sentyabr 2021

Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Kayrat"da koronavirusa yoluxma halı aşkarlanıb.

 

Sportal.az xəbər verir ki, Qazaxıstan təmsilçisinin yarımmüdafiəçiləri Andrey Ulşin və Arsen Burançiyevin covid-19 testləri müsbət çıxıb. Hər iki futbolçu karantina alınıb.

 

Onlar Avropa Konfrans Liqası qrup mərhələsinin ikinci turunun sentyabrın 30-da baş tutacaq  "Bazel"lə matçında iştirak etməyəcək.

 

Qeyd edək ki, H qrupunda “Qarabağ”, “Omoniya” (Kipr) və “Bazel”lə (İsveçrə) mübarizə aparır.

Xəbər xətti