Ançelotti: "Barselona"da işlərin qaydasında olmaması məni məmnun edə bilməz"

15:36 - 25 Sentyabr 2021

"Real"ın baş məşqçisi Karlo Ançelotti əzəli rəqibləri "Barselona"nın çətin günlər yaşamasından danışıb.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis buna görə məmnun olmadıqlarını deyib:

 

"Futboldan zövq alan insanam. Digər komandalara da baxıram, analiz edirəm. "Barselona" və ya başqa bir rəqibdə işlər qaydasında deyilsə, bundan məmnun ola bilmərəm".

Xəbər xətti