AFFA "Sabah"a xəbərdarlıq etdi

15:55 - 7 Oktyabr 2021

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

 

Premyer Liqanın VI turunun “Zirə” – “Sumqayıt” oyununda meydança vaxtında sulanmadığı üçün meydan sahibi klub 800 manat cərimə olunur.

 

“Keşlə” – “Sabah” oyununda   “Sabah” klubunun bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyinə görə klub 800 manat cərimə olunur. Klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. Mətbuat konfransı zamanı “Sabah” klubunun baş məşqçisi Ramin Quliyev hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyinə görə kluba xəbərdarlıq edilsin.

Xəbər xətti