Dadaşovun təsəlli qolu

10:09 - 16 Oktyabr 2021

Almaniyanın Qərb Regional Liqasında 12-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası səfərdə Düsseldorf “Fortuna”sının ikinci komandasına uduzub – 1:5.

 

Rüfət start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. “Şalke”nin yeganə qolunu da Dadaşov vurub. O, 59-cu dəqiqədə penalti zərbəsindən dəqiq yararlanıb.
 

“Şalke 2” turnir cədvəlində 13-cü pillədə qərarlaşır.

Xəbər xətti