"Xavi "Barselona"nı çalışdırmağa hazırdır"

Qətərin "Əl-Sədd" klubunun yarımmüdafiəçisi Santi Kasorla açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi komandanın baş məşqçisi Xavi Ernandesin adının "Barselona" ilə hallanmasından danışıb:

 

"Xavinin tələbi odur ki, topa daha çox sahib olaq. "Barselona" məktəbindəki məşqləri etdirir. Topa sahib olmaqla həm də müdafiə olunuruq. Hər oyuna belə çıxırıq. Xavi "Barselona"ya keçəcəkmi? O, bu vəzifəyə hazırdır. Bu, onun xəyalıdır və hər zaman düşünür. Yalnız bir neçə insan "Barselona"nı bəlkə ondan daha yaxşı bilər. Xavini "Barselona"nın baş məşqçi postuna mükəmməl hazır olduğunu görürəm".

Tarix: 27 Oktyabr [23:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Dekabr 2021
30  Noyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio