"Qarabağ"ın rəqibi kubokla vidalaşdı

12:57 - 28 Oktyabr 2021

İsveçrə Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın Konfrans Liqasındakı rəqiblərindən olan "Bazel" səfərdə "Etual"la qarşılaşıb. 0:1 hesabı ilə uduzan "Bazel" turnirdə mübarizəni dayandırıb.

"Qarabağ" bu komanda ilə Bakıdakı ilk matçda qolsuz bərabərə qalıb. Tərəflər arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə olacaq.

Xəbər xətti