"Barselona"nın gənc ulduzu "Bayern"in hədəfində

18:18 - 26 Noyabr 2021

"Bayern" "Barselona"nın yarımmüdafiəçisi Pedrini transfer hədəfinə alıb.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi "Qolden Boy" mükafatını qazanan gənc ulduza indiki qazancından 4 dəfə artığını təklif etmək fikrindədir. İddiaya görə, Bundesliqa klubu 90 milyon avroluq təklifə hazırlaşır.

 

İspaniya mətbuatı isə katalonların 18 yaşlı yarımmüdafiəçini istənilən təklifə baxmayaraq, satmayacağını yazıb. İspaniyalı futbolçunun müqaviləsi 2026-cı ilin yayında başa çatır. O, ötən mövsüm 73 rəsmi oyun keçirməklə diqqət çəkmişdi.

Xəbər xətti