"Milli komandanın baş məşqçi postunda Rəşad Sadıqovun olması komandaya öz təsirini göstərər" - MÜSAHİBƏ

16:36 - 26 Noyabr 2021

"Keçiörəngücü"nün futbolçusu Vüsal İsgəndərli Sportal.az saytına müsahibə verib:

- Artıq qış fasiləsinə az qalıb. Yaydan bura qədərki çıxışını necə dəyərləndirirsən?
- "Keçiörəngücü"nə artıq uyğulaşmışam. Hər şey də yaxşıdı. Narahat edən məqam  komandamızın göstərdiyi nəticədi. Bunu yaxşılaşdırsaq hər şey daha yaxşı olacaq. Öz oyunumu isə daha da inkişaf etdirəcəyimə inanıram.

- Qışdan sonra "Keçiörəngücü"ndə qalıb-qalmayacağın bəllidi?
- İndidən bir söz deyə bilmərəm. 3-4 tur sonra hər şey bilinəcək.

- Yeri gəlmişkən, son vaxtlar Türkiyədəki yerli məzənnənin dəyərini itirməsi maaşında problem yaradır?
- Yox. Hər şey yaxşıdı.

- Kənardan Azərbaycan futbolu, Premyer Liqası hansı səviyyədə görünür?
- Ümid edirəm ki, Azərbaycan Premyer Liqasında da buradakı kimi komanda sayı çox olar. Bununla yanaşı aşağı liqaya yuvarlanmaq, yüksək liqaya qalxmaq kimi idman prinsipləri də baş verər. Belə olan halda həm futbolçunun, həm də rəhbərliyin üzərində böyük təzyiq olur.

- Azərbaycan milli komandasının baş məşqçi postuna kimin dəvət ediləcəyi müzakirə mövzusudu. Sənin namizədin kimdi?
- Milli komandanın baş məşqçi postuna namizəd deməyim, ad çəkməyim düzgün deyil. Canni De Byazi məni milli komandaya dəvət edən, həm də hazırda hələ də millinin baş məşqçidi. Sonrası necə olacaq onu zaman göstərəcək. Rəşad Sadıqovun adını namizəd kimi daha çox oxuyuram. Gələcəkdə necə olacağını bilmirəm. Amma Rəşad Sadıqov Azərbaycan futbolunda istər futbolçu kimi, istərsə də məşqçi kimi böyük işlər görüb. Milli komandanın baş məşqçi postunda Sadıqovun olması komandaya yaxşı mənada öz təsirini göstərər. 

Xəbər xətti