Rusiyada oynayan azərbaycanlı futbolçu Azərbaycana gəlir?

11:36 - 28 Noyabr 2021

"Spartak" futbol məktəbinin yetirməsi olan və hazırda Rusiya 1-ci divizionunda çıxış edən "Rotor"da oynayan Turqay Möhbəliyevin karyerasını Azərbaycanda davam etdirmək ehtimalı var.

Sportal.az saytının məlumatına görə, Volqoqrad təmsilçisinin futbolçusuna menecerlər Azərbaycan Premyer Liqasında oynamağı təklif edib. 

Amma yarımmüdafiəçi Rusiyada qalaraq, "Rotor"da əsas heyətdə bərkiməyə və daha sonra Rusiya Premyer Liqasında oynamağa üstünlük verib. Rusiyanın U-19 yığmasında kapitan sarğısını da daşımış Turqay Azərbaycanın U-21 və əsas millisinə dəvət oluna biləcək namizədlər sırasında yer alıb.
 

Lakin klubunda legioner sayılacağına görə hələ ki, futbolçu yığma komandalarımızda oynamağa isti yanaşmır.

Xəbər xətti