"Mançester Siti"də yeni müqavilə olacaq

12:10 - 1 Dekabr 2021

"Mançester Siti" Riyad Mahrezi buraxmaq niyyətində deyil.

Sportal.az xəbər verir ki, "şəhərlilər" əlcəzairli futbolçuya yeni müqavilə təklif edib.

30 yaşlı futbolçunun komandada saxlanılmasını Xosep Qvardiola şəxsən rəhbərlikdən xahiş edib.

​Hazırki müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Mahrezin Mançester klubu ilə daha 1 illik müqaviləyə qol çəkəcəyi ehtimal edilir.

Xəbər xətti