Nepalda oynayan həmyerlimiz: "Sponsorlar çoxdu, liqanı çox maraqlı ediblər"

12:20 - 5 Dekabr 2021

Karyerasını Nepalın "Maçindra" klubunda davam etdirən Nurlan Novruzov Sportal.az saytına açıqlama verib.

Futbolçu artıq komandasının meydana çıxdığı hər 3 turda da iştirak edib.

Novruzov Nepal çempionatının səviyyəsindən və komandasının liqadakı məqsədlərindən söz açıb:

"Artıq çempionatın 3-cü həftəsinə giririk. Hər şey qaydasındadı, 2 oyun oynamışıq, 4 xalımız var. Qol vurmasam da, bunu növbəti turda edəcəyimə əminəm.

Bundan əvvəl Nepal Superliqasında oynamışdım. Düşünürdüm ki, çempionatın səviyyəsi yüksək olmaz. Amma bu il çempionatda çox yaxşı sponsorlar var deyə, komandalar da yetərincə güclüdü.

Çempionatda 14 komanda mübarizə aparır. Liqanı çox maraqlı ediblər. Hər klub ilk "altılıq"da olmaq istəyir. Bundan sonra isə əvvəl də oynadığım turnir, Nepal Superliqası başlayacaq".

"Əslində, ölkə xaricində darıxmağımla bağlı problemim yoxdu. 2018-ci ildən ölkə xaricindəyəm, çətinliklər çoxdu. Buna baxmayaraq, işimi sevdiyim üçün çətinlikər problem yaratmır" - deyə, Nurlan fikirlərini yekunlaşdırıb.

Xəbər xətti