Messi: "Heç vaxt futbol tarixinin ən güclüsü olduğumu deməmişəm"

13:34 - 5 Dekabr 2021

Argentina millisinin və PSJ-nin futbolçusu LLionel Messi Fransa mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, o, özünü dünyanın ən güclüsü olduğunu demədiyini bildirib:

“Mən heç vaxt futbol tarixinin ən güclüsü olduğumu deməmişəm. Özümü bu cür düşünməyə də məcbur etmirəm. Digərlərinin məni ən yaxşısı sayması kifayətdi.

Maradona ilə müqayisə olunmağımı heç vaxt sevməmişəm. Əvvəllər milli komandanın ünvanına edilən bəzi tənqidlər məni narahat edirdi. Çünki əvvəlki illərdə Argentina millisi ilə pis anlar yaşamışdım".

Xəbər xətti