"Qəbələ"nin yeni transferi paylaşım etdi, Avstriya klubu reaksiya verdi - FOTO

“Qəbələ”nin yeni transferi Patrik Robson instaqram səhifəsində paylaşım edib.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu “Admira Vakker”dən ayrılığı və “Qəbələ”yə keçidi barədə yazıb:

“Bundesliqada oynamaq uşaqlıq arzum idi. Bu arzumu həyata keçirmək imkanı verdiyi üçün “Admira Vakker”ə təşəkkür etmək istəyərdim! Bu kluba həmişə minnətdar olacam! İndi başqa yerdə özümü sınayacam. "Admira Vakker"ə mövsümün qalan hissəsində uğurlar arzulayıram! Təşəkkür edirəm “Admira”! 

“Admira Vakker” isə futbolçunun paylaşımına bu cür reaksiya verib: "Gələcəyin üçün ən yaxşısı olsun".

 

Tarix: 12 Yanvar [17:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio