"Qarabağ"ın rəqibi hücumçu transfer etdi

19:10 - 13 Yanvar 2022

Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Fransa klubu azad agent statusunda olan Sedrik Bakambunu rənglərinə bağlayıb. Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 30 yaşlı hücumçu ilə 2024-cü ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

 

Sedrik Bakambu son olaraq "Beytszin Qoan" klubunda çıxış edib. Təcrübəli forvard Çin təmsilçisinin heyətində meydana çıxdığı 87 oyunda 58 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti