"Sumqayıt" Region Liqası klubuna uduzdu

18:40 - 23 Yanvar 2022

I Divizionun ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirən "Sumqayıt"ın əvəzediciləri növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" Region Liqası təmsilçisi "Xan Lənkəran" ilə üz-üzə gəlib. "Xəzər Lənkəran" Mərkəzi Stadionu"nda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

 

Qeyd edək ki, "Sumqayıt-2" ilk yoxlama oyununda "Səbail-2" ilə 2:2 hesablı heç-heçə edib.

Xəbər xətti