Fevralın 12-13-də Bakıda, Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku keçiriləcək.
Sportal.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
2022-ci ildə keçiriləcək ilk beynəlxalq yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir. Yarışlar “İdman” TV telekanalı vasitəsilə canlı yayımlanacaq.
Tarix: 26 Yanvar [15:14]
|
|
Müəllif: Sportal.az
|