"Traktor" yenə uduzdu

13:11 - 19 Fevral 2022

Futbol üzrə İran çempionatında 18-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” doğma meydanda “İstiqlal”la qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb. Təbriz klubu artıq səkkiz oyundur qələbəyə həsrətdir.

 

“Traktor” 18 turdan sonra 14 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti