"Beşiktaş" İzmirə 8 itki ilə getdi

"Beşikatş" Türkiyə Super Liqasının 37-ci turunun oyununda səfərdə "Göztəpə"nin qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "Qara qartallar" İzmir səfərinə ciddi itkilərlə gedib. İstanbul təmsilçisinin 8 futbolçusu bu matçda komandasına kömək edə bilməyəcək.

 

Mert Günok, Oğuzhan Özyakup, Gökhan Töre, Mehmet Topal, Rıdval Yılmaz, Domaqoy Vida, Miralem Pyaniç və Ersin Destanoğlu zədə səbəbindən meydana çıxmayacaq.

 

"Göztəpə" - "Beşiktaş" qarşılaşması sabah Bakı vaxtilə saat 17:00-da baş tutacaq.

Tarix: 14 May [16:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio