"Borussiya" Türkiyə millisinin üzvünü transfer etdi

19:11 - 19 May 2022

Almaniyanın "Borussiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi "Köln"ün yarımmüdafiəçisi Salih Özcanı rənglərinə bağlayıb. 24 yaşlı futbolçu artıq "sarı-qaralar" üçün tibbi müayinədən keçib.

 

"Borussiya" Türkiyə millisinin üzvü üçün qarşı tərəfə 10 milyon avro təzminat ödəyəcək.

 

Salih Özcan 2020-ci ilin yayından "Köln"də çıxış edir. Türk yarımmüdafiəçi başa çatan mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 2 qol və 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti