Canni De Byazi millimizə görə finala getməyəcək

10:18 - 24 May 2022

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi yığmanın təlim-məşq toplanışına görə UEFA Konfrans Liqasının final oyununa gedə bilməyəcək.

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə Albaniyanın “Panorama” nəşrinə açıqlamasında bildirib. O, yığmanın bu gün start götürəcək hazırlığı üçün Albaniyaya gedə bilməyəcəyini söyləyib:

“Tarixlərlə bağlı planlaşdırma aparmışdım və Albaniyaya gedəcəyimə iki ay əvvəl əmin idim. Amma hazırlıq prosesimizin gündəliyini görəndə təbii ki, bir az məyus oldum”.

​UEFA Konfrans Liqasının Tiranada keçiriləcək finalında İtaliyanın “Roma” və Niderlandın “Feyenoord” klubları üz-üzə gələcək. Sabah baş tutacaq matç saat 23:00-da başlayacaq.

Xəbər xətti