"Barselona" braziliyalı ilə müqavilə müddətini artıracaq

17:32 - 27 May 2022

"Barselona" braziliyalı müdafiəçisi Daniel Alveşlə müqavilə müddətini uzatmağa yaxındır. 

Sportal.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Təcrübəli futbolçu bu il Qətərdə keçiriləcək dünya çempionatında iştirak etmək üçün karyerasını davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Alveş 2021-ci ildə Braziliyanın "Sao Paulo" klubundan Kataloniya klubuna qayıdıb. Bu mövsüm Kataloniya klubunun heyətində 17 matça çıxan 39 yaşlı futbolçu 1 qol vurub, 4 ötürmə verib.

Xəbər xətti