"Çalışacağıq ki, hər iki yarışda bizə olan etimadı doğruldaq"

Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvləri Vüqar Bayramovla Aqil Ağazadə Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəliyi Oyunlarına hazırlığı dəyərləndiriblər.

 

Sportal.az xəbər verir ki, onlar Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamalarında bunları söyləyiblər:

 

Vüqar Bayramov: “Bu il Qazaxıstanın “Taraz” klubunda çıxış edirdim. Çempionat oyunları gec başa çatdığına görə bir neçə gündür ki, milli komandanın məşqlərinə qoşulmuşam. Bizi iki böyük yarış gözləyir. Çalışacağıq ki, hər iki yarışda bizə olan etimadı doğruldaq. Komandamıza uğurlar arzu edirəm”.

 

Aqil Ağazadə: “Avropa çempionatının təsnifat mərhələsində güclü komandalara qarşı mübarizə aparacağıq. Çalışacağıq ki, bu görüşlərdə qələbə qazanaq. İslam Həmrəyliyi Oyunlarındakı rəqiblərimiz isə hələ ki, məlum deyil. İnanıram ki, bu yarışda da uğurlu çıxış edəcəyik və gözəl nəticələrlə xalqımızı sevindirəcəyik”.

Tarix: 13 İyun [20:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2022
8  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio