Millimizin baş məşqçisi ilə yollar ayrıldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçin müqavilə müddəti başa çatıb.

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Qurum serbiyalı mütəxəssislə yollarını ayırıb.

AFFA Milan Obradoviçə U-21 milli komandasında fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

44 yaşlı mütəxəssis 2019-cu ildən millidədir. U-21 onun rəhbərliyi ilə 24 matçda 5 qələbə qazanıb, 17 dəfə məğlub olub.

Tarix: 21 İyun [16:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio