Mahir "Dinamo" ilə birlikdə Sloveniyaya yollandı

19:14 - 22 İyun 2022

Millimizin forvardı Mahir Emreli "Dinamo"nun (Zaqreb) məşqlərinə qoşulub.

Sportal.az Zaqreb klubunun saytına istinadən xəbər verir ki, Emreli Sloveniyaya təlim-məşq toplanışına yollanıb.

"Dinamo" bu ölkədə iki yoxlama oyunu keçirəcək.

Onlar iyunun 26-da "Şkendiya" (Şimali Makedoniya), iyulun 1-də isə "Spartak" (Trnava, Sloveniya) ilə oynayacaq. 

Xəbər xətti