"Qəbələ" daha iki legionerini saxladı

Hazırlıqlarını davam etdirən "Qəbələ" iki futbolçusu ilə müqavilə müddətini uzadıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə klubu Rafael Utziq və Omar Hanini komandada saxlaya bilib. Belə ki, hər iki futbolçu daha bir il komandada qalıb.

2020-ci ilin yayından “Qəbələ”də çıxış edən Rafael 58 oyuna çıxıb. 26 yaşlı braziliyalı futbolçu 11 qol vurub.  Hani isə ötən ilin yayından komandanın formasını geyinir. 23 yaşlı iordaniyalı yarımmüdafiəçi 25 matçda 2 qol vurub.

“Qəbələ” bundan əvvəl Ruan Renato, İsnik Alimi, Kristof Atanqana, Yaovi Akakpo, Asif Məmmədov, Murad Musayev və Urfan Abbasovla anlaşmanı bir il müddətinə uzadıb.

Tarix: 22 İyun [22:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio