"Çelsi" rusiyalı Marina Qranovskayanın idman direktoru vəzifəsindən getdiyini açıqlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "zadəganlar"ın sahibi Todd Boeli yeni təyinata qədər idman direktoru vəzifəsini də özü icra edəcək.
Qranovskaya 2013-cü ildən İngiltərə klubunda işləyirdi. O, "zadəganlar"da transfer məsələlərini idarə edib, həmçinin müqavilələrin yenilənməsi işləri ilə məşğul olub.
İtaliyanın "Tuttosport" nəşri tərəfindən 2021-ci ildə Avropanın ən yaxşı futbol meneceri seçilən Qranovskayanın 47 yaşı var. Rusiyada anadan olan futbol mütəxəssisi həm Rusiya, həm də Kanada vətəndaşlığına sahibdir.