Azərbaycan millisində yeni baş məşqçi

12:35 - 23 İyun 2022

Azərbaycan Taekvondo Federasiyasının idarə heyətinin toplantısı keçirilib.

Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda məşqçi müəllimlərin fəaliyyəti, taekvondoçuların çıxışları müzakirə olunub. Verilən qərara əsasən, məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub.

Öz xahişi ilə istehfa verən kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandoustun yerinə Məmməd Abdullayev, köməkçi məşqçi Rəşad Məmmədov, Sənan Həşimov isə qadınlardan ibarət milli komandanın böyük məşqçisi təyin olunub.

Xəbər xətti