Neymar "Yuventus"a keçə bilər

16:50 - 26 İyun 2022

PSJ-nin braziliyalı ulduzu Neymar komandanı tərk edə bilər.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı hücumçu karyerasını İtaliyada davam etdirə bilər. Braziliya millisini üzvü ilə "Yuventus" yaxından maraqlanır.

 

Neymarın meneceri artıq Turin təmsilçisi ilə transfer danışıqlarına başlayıb. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

 

Neymarın PSJ ilə müqavilə 2025-ci ilin yayına kimidir. O, başa çatan mövsümdə Paris klubunun heyətində meydana çıxdığı 28 matçda 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti