Cavid Hüseynov: "Hürənlərə fikir verib vaxtınızı itirməyin"

17:40 - 27 İyun 2022

UEFA Region Kubokunda çıxış edən "Cəbrayıl" ilkin seçmə mərhələdə mübarizəsini dayandırıb. 

Sportal.az xəbər verir ki, dünən Cavid Hüseynovun rəhbərlik etdiyi komanda Şamaxı şəhər stadionunda Belarusun "Kolos" komandasına 2:6 hesabı ilə uduzub.

Komandanın baş məşqçisi, yeni mövsüm "Şamaxı"nı çalışdırıcı gözlənilən Cavid  Hüseynov instaqram hesabında paylaşım edib. O, "Cəbrayıl"dakı işilə bağlı bunları yazıb: 

"Sizə bir söz deyim, bizi bizdən başqa heç kim başa düşə bilməz və başa düşməyəcək də. 20 gün ərzində yeni komanda formalaşdı və beynəlxalq oyuna çıxdıq. Nəticədən asılı olmayaraq sizinlə fəxr edirəm. Əzmkarlığınız, mübarizliyiniz göz önündəydi. "Hürənlər"ə fikir verib "qızıl" vaxtınızı itirməyin, başınızı dik tutun və önünüzə baxın".

Xəbər xətti