Qazaxıstan klubu Bakıda qalib oldu

18:17 - 27 İyun 2022

Bu gün UEFA Region kubokunun Bakıdakı seçmə mərhələsinə yekun vurulub.

Sportal.az xəbər verir ki, Bakıda keçirilən mərhələdə Qazaxıstanın “Kaskelen” və Gürcüstanın “Basiani” klubları üz-üzə gəlib. 

​Matç qazaxların 2:1 hesablı qələbəsilə yekunlaşıb.

Qazaxıstan təmsilçisinin finaldakı rəqibi isə "Cəbrayıl"ı mübarizədən kənarlaşdıran (2:1, 6:2) Belarusun "Kolos" klubu olacaq.

İyunun 29-da Şamaxı şəhər stadionunda baş tutacaq həlledici matça saat 16:00-da start veriləcək.

Xəbər xətti