Azərbaycan millisi Andorraya qarşı

12:28 - 29 İyun 2022

Bu gün basketbol üzrə Azərbaycan millisi kiçik ölkələrin Avropa çempionatında növbəti oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, millimiz Maltadakı ikinci görüşünü Andorraya qarşı keçirəcək.

Aleksandr Trifunoviçin rəhbərlik etdiyi kollektiv qrupdan çıxmaq üçün mübarizəsini davam etdirməsi üçün bu görüşdə qalib gəlməlidi. Dünən millimiz ev sahibi Maltaya 71:73 hesabı ilə məğlub olmuşdu.

18:15 Azərbaycan - Andorra 

Azərbaycan millisinin heyəti: Zaur Paşayev, Cordan Deyvis, Endar Poladxanlı, Orxan Aydın, Anar Hacıyev, Amil Həmzəyev, Əkpər Məmmədov, Cəbrayıl Əkpərov, Şirzad Şirzadov, Elşad Şirzadov, Ulas Can Turqut, Beray Taşer 

 

Xəbər xətti