Fransa klubu "Roma"nın sabiq çalışdırıcısı ilə anlaşdı

22:43 - 29 İyun 2022

Fransanın "Lill" klubu yeni baş məşqçisini ictimaiyyətə təqdim edib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransa klubu Paulo Fonseka ilə anlaşıb.

49 yaşlı mütəxəssis iki illik müqaviləyə qol çəkib. Onun son klubu "Roma" olub.

Portuqaliyalı mütəxəssis karyerası ərzində “Aveş”, “Porto”, “Braqa”, “Şaxtyor” klublarını çalışdırıb.

Xəbər xətti