"Zirə"nin rəqibi kubokla vidalaşdı

11:10 - 15 İyul 2022

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olaan "Makkabi" (Tel-Əviv)  “Kubok Toto” yarışının pley-offunda Netanya "Makkabi"si ilə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, matçın əsas vaxtında hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq olan  Netanya "Makkabi"si 5:4 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Tel-Əviv "Makkabi"si isə turnirlə vidalaşıb.

 

"Zirə"nin "Makkabi"yə qarşı ilk oyunu iyulun 21-i saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Cavab matçı isə iyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda Bakı vaxtilə 21:30-da oynanılacaq. 

Xəbər xətti