"Ferentsvaroş"un futbolçusu "Qarabağ"la oyunu buraxacaq

17:49 - 8 Avqust 2022

"Ferentsvaroş"un futbolçusu Henri Uinqo Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Qarabağ"a qarşı keçiriləcək cavab qarşılaşmasında iştirak edə bilməyəcək.

Sportal.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, kollektiv məşqlərə yeni başlayan 27 yaşlı müdafiəçi hələlik meydana çıxmağa tam hazır deyil.

"Ferentsvaroş” – “Qarabağ” matçı sabah saat 22:00-da start götürəcək. 

Xəbər xətti