"Neftçi"nin baş məşqçisinin mətbuat konfransının vaxtı dəqiqləşdi

UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-i Bakı vaxtı ilə saat 22:30-da “Alyans” stadionunda keçiriləcək “Rapid” (Vyana) – “Neftçi” oyunu öncəsi "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf və nigeriyalı futbolçu Yusuf Lavalın iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tədbir avqustun 10-u Bakı vaxtı ilə saat 21:00-da “Alyans”  mətbuat zalında baş tutacaq. Konfransdan sonra – saat 21:30-da isə "Neftçi"nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Eyni məkanda həmin gün Bakı vaxtı ilə saat 19:00-da “Rapid”in mətbuat konfransı, 20:00-da isə rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeyd edək ki, bu tədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.

Tarix: 9 Avqust [13:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 Oktyabr 2022
4  Oktyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio